Xəzər Xəbər

Azərbaycanda yanacaqdoldurma məntəqəsi partladı YARALILAR BAKIYA GƏTİRİLİR

Hadisə | 14:30 • 29 Noyabr 2018
Azərbaycanda yanacaqdoldurma məntəqəsi partladı

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində yaralanan şəxslərin adları məlum olub.

Bunlar 1966-cı il təvəllüdlü Seymur Rzayev və 1995-ci il təvəllüdlü Əsgər Məmmədovdur.

Yaralıların vəziyyəti ağır olduğundan müayinə və müalicələrinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birin göndərilib.(Report)

*****

12:45

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.(Report)

Xəbər lenti