Xəzər Xəbər

22 yaşlı türkü qəbiristanlıqda başından güllələdilər

Hadisə | 11:19 • 7 Sentyabr 2018
22 yaşlı türkü qəbiristanlıqda başından güllələdilər

İngiltərədə yaşayan türk gənc silahlı hücuma məruz qalıb.

Paytaxt Londonun Tottenham bölgəsində yaşamış, 22 yaşlı Maraş əsilli İsmayıl Tanrıqulu qəbiristanlıqda başından güllə yarası almış halda tapılıb.

Türk gəncin atası ingilis polisinə verdiyi ifadədə bildirib ki, oğlu Tottenham qəbiristanlığının girişinə gedib və orada onu biri maskalı olmaqla iki nəfər gözləyib.

O, oğlunun təkbaşına içəri girdiyi vaxt güllələndiyini qeyd edib.

Məsələ ilə bağlı araşdırma aparılır.

Xəbər lenti