Respublikanın daxili
işlər orqanları tərəfindən ötən gün ərzində 86 cinayət faktı qeydə
alınıb, onların da 22-i "isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin
açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17, borclu
şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil
verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Daxili
işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan
silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli
bilinən 30 nəfər saxlanılıb.