Xəzər Xəbər

Ukraynada avtobusla iki avtomobil toqquşub, 8 nəfər ölüb

Hadisə | 11:34 • 17 Aprel 2018
Ukraynada avtobusla iki avtomobil toqquşub, 8 nəfər ölüb

Ukraynanın cənubunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Xezerxeber.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Fövqəladə Hallar xidmətindən bildirilib.

Məlumata görə, hadisə bu gün səhər saatlarında Krivoy Roq şəhərində baş verib. "İkarus" markalı sərnişin avtobusu ilə "Mercedes Sprinter" və "Mazda" markalı avtomobillər toqquşublar. Hadisə nəticəsində 8 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb.

Xəbər lenti