Xəzər Xəbər

Azyaşlı uşağı it dişlədi

Hadisə | 11:10 • 10 Aprel 2018
Azyaşlı uşağı it dişlədi

Cəlilabadda azyaşlı uşağı it dişləyib.

Hadisə rayonun Cəfərxanlı kəndində qeydə alınıb.

Belə ki, 7 yaşlı Zəhrə Qubadova əmisinin evindən qayıdarkən qəfildən sahibsiz it ona hücüm edərək sinə və qol nahiyələrini dişləyərək xəsarət etirib. Azyaşlınln qışqırıq səsinə gələn əmisi onu itin pəncəsindən alıb. Zəhra Qubadova yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona quduzluq əleyhinə vaksin vurulub. Hazırda durumu normaldır.

Zərərçəkənin yaxınlarının sözlərinə görə, balaca Zəhraya hücüm çəkən it həmin gün qonşu kənddə də daha bir nəfərə hücüm çəkərək xasarət yetirib./report

Xəbər lenti

Çox oxunanlar