Xəzər Xəbər

Mumbayda yanğın: 15 nəfər həlak olub

Hadisə | 12:10 • 29 Dekabr 2017
Mumbayda yanğın: 15 nəfər həlak olub

Hindistanın Mumbay şəhərində "Kamala Mills” ticarət mərkəzinin restoranlarının birində baş verən yanğın nəticəsində azı 15 nəfər həlak olub, onlarla insan yaralanıb.

Xezerxeber.az-ın məlumata görə, yanğın dekabrın 29-na keçən gecə ticarət mərkəzində yerləşən "London Taxi” barında baş verib və sürətlə bütün 12 mərtəbəyə yayılıb.

"Kamala Mills” gecə əyləncələri həvəskarları arasında populyar məkan sayılır. Həlak olanların böyük əksəriyyətinin həmin gün binanın damında yerləşən restoranda ad gününü qeyd edən qızlar olduğu bildirilir.

Hökumət hər hansı bir versiya irəli sürmədən öncə, ciddi təhqiqat aparılmasında israr edir. İlkin məlumata əsasən, yanğına elektrik xətlərində qısa qapanma səbəb olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti