Xəzər Xəbər

Binalardan elektrik naqilləri oğurlayan şəxs tutulub - FOTO

Hadisə | 12:23 • 29 Dekabr 2017
Binalardan elektrik naqilləri oğurlayan şəxs tutulub -

Nizami rayonunda tikilməkdə olan binalardan ümumilikdə 26 min manat dəyərində elektrik naqilləri oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində tikintisi davam edən binalardan elektrik naqilləri oğurlayan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, bölməyə ərizə ilə müraciət edən MTK-lardan birinin rəhbərliyi inşa etdirdikləri binanın 10-cu mərtəbəsində uzunluğu 200 metr olan 917 manat dəyərində naqilin oğurlandığı barədə məlumat verib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Röyal Məmmədov saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin daha bir MTK-dan uzunluğu 6000 metr dəyəri isə 25000 manat olan elektrik naqillərini oğurladığı da sübuta yetirilib.

Qeyd edək ki, hadisədən sonra saxlanılan şəxs naqillərin bir hissəsini yandıraraq əldə olunan mis kütləsini paytaxt ərazisində yerləşən əlvan metal qəbulu məntəqələrindən birinə satıb.

Faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
224 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti