Xəzər Xəbər

Silsilə maşın oğurluğu ilə məşğul olan şəxs tutuldu - FOTO

Hadisə | 11:48 • 29 Dekabr 2017
Silsilə maşın oğurluğu ilə məşğul olan şəxs tutuldu -

Bakıda bir neçə avtomobili qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtomobilləri qaçıran, həmin nəqliyyat vasitələrini sökərək ehtiyat hissələri şəklində satan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Bakıxanov qəsəbəsi sakini Emin Qurbanov bölməyə ərizə verərək edərək ona məxsus "VAZ 2107” markalı avtomobilin naməlum şəraitdəqaçırıldığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Amin Ramazanov saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Xətai, Suraxanı və Nizami rayonlarında da analoji cinayətlər törətməsi, ümumilikdə 7 avtomaşını qaçırdığı məlum olub. A.Ramazanov ifadəsində həmin nəqliyyat vasitələrinin akkumlyatorlarını və digər hissələrini sökərək satdığını bildirib.

Qeyd edilən faktlarla bağlı İdarədə cinayət işləri başlanılıb,zəruri istintaq hərəkətləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Lənkaranda ZƏLZƏLƏ
Lənkaranda ZƏLZƏLƏ İLK AÇIQLAMA
17:58 • 11 May 2024
Naxçıvanda 2 tələbə göldə boğularaq
Naxçıvanda 2 tələbə göldə boğularaq ÖLDÜ
12:07 • 10 May 2024
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında ZƏLZƏLƏ
22:31 • 7 May 2024
Azərbaycan və Albaniya arasında viza rejimi
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edildi
13:15 • 6 May 2024
Gənc oğlan evdə
Gənc oğlan evdə ölü tapılıb
09:20 • 6 May 2024
Bakıda 23 yaşlı gənc
Bakıda 23 yaşlı gənc Bıçaqlandı
08:42 • 5 May 2024

Xəbər lenti