Xəzər Xəbər

Yasamalda dava: Xalası oğlunu “beşbarmaq”la vurdu

Hadisə | 10:37 • 14 Dekabr 2017
Yasamalda dava:

Bakının Yasamal rayonunda cinayət hadisəsi baş verib.

Zivərbəy Əhmədbəyov küçəsində yerləşən mənzildə 1990-cı il təvəllüdlü Vüsal Salayev xalası oğlu ilə mübahisə edib.

Mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı Vüsal Salayev xalası oğlu tərəfindən "beşbarmaq”la vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti