Xəzər Xəbər

İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı

Hadisə | 10:33 • 11 Dekabr 2017
İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı

Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın oğlu sərbəst buraxılıb.

Bu barədə AzNews.az -a onun özü məlumat verib: "48 saatdan sonra məni sərbəst buraxdılar".

Qeyd edək ki, İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova Orxan Nadirovun həbs olunmasında onun yaxın dostu Vüqar Bəkirovu ittiham edib. Daxili İşlər Nazirliyi Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs olunması xəbərini təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polis əməkdaşlarının keçirdikləri əməliyyat – axtarış tədbirləri nəticəsində tutulub.

Rubrikanın digər xəbərləri

Lənkaranda ZƏLZƏLƏ
Lənkaranda ZƏLZƏLƏ İLK AÇIQLAMA
17:58 • 11 May 2024
Naxçıvanda 2 tələbə göldə boğularaq
Naxçıvanda 2 tələbə göldə boğularaq ÖLDÜ
12:07 • 10 May 2024
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında ZƏLZƏLƏ
22:31 • 7 May 2024
Azərbaycan və Albaniya arasında viza rejimi
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edildi
13:15 • 6 May 2024
Gənc oğlan evdə
Gənc oğlan evdə ölü tapılıb
09:20 • 6 May 2024

Xəbər lenti