Xəzər Xəbər

Bakıda avtomobillərdən oğurluq edən yeniyetmələr tutulub

Hadisə | 11:56 • 9 Sentyabr 2017
Bakıda avtomobillərdən oğurluq edən yeniyetmələr tutulub

Bakıda avtomobillərdən oğurluq edən yeniyetmələr tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən il dekabrın 12-də Bakı şəhər sakini Kərim Kərimovun "Hyundai” markalı skuterini və cari il martın 4-də R.Musayevaya məxsus eyni markalı avtomobildən 20 manat, 100 ABŞ dolları, habelə sənəd oğurlamaqda şübhəli bilinən Şərur və Yevlax rayon sakinləri olan 2 yeniyetmə tutulub.

Xəbər lenti