Xəzər Xəbər

Anadan QANDONDURAN əməl: 5 yaşlı oğlunun bədənindən "bəd ruhları" çıxarmaq üçün..

Hadisə | 12:01 • 21 Avqust 2017
Anadan QANDONDURAN əməl:

Bakıda 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XəzərXəbər xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Nazilə Qulubəyova ifadə verməkdən imtina edib. O, özünü pis hiss etdiyini söyləyib. Hazırda proses davam edir.

Daha sonra Nazilə Qulibəyovanın qardaşı ifadə verib. O, Nazilə Qulibəyovanın əvvəllər xəstəliyinin olmadığını deyib: "Mən evə gələndə artıq hadisə baş vermişdi. Orada FHN əməkdaşları və Nazilənin həyat yoldaşı Rüstəm də var idi. Polis də gələndən sonra qapını sındırdılar. Rüstəm çox həyacanlı idi. İçəri daxil olandan sonra həkim də çağırıldı. Uşaq divanın üzərində uzanıqlı vəziyyətdə idi”.

O, bacısını həmişə özünə qapandığını qeyd edib: "Hadisədən sonra bildim ki, o, sektaya, dini təriqətlər olan yerlərə gedib. Nazilə Qulubəyovanın qardaşı ifadə verən zaman o, əyləşdiyi yerdən qeyri-adi hərəkətlər edib.

Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova Bakıda dini təriqətlərdən birinin üzvü olub. O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.

Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib. Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağı xristian yönümlü təriqətin üzvü olan anasının öldürdüyü məlum olub. Nazilə Qulubəyova "bəd ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə, azyaşlı ölüb./publika.az

Xəbər lenti