Xəzər Xəbər

“Yerusəlim Post”: İranın artan ritorikası qonşu Azərbaycana yönəlib

Gündəm | 18:00 • 10 Mart 2023
“Yerusəlim Post”: İranın artan ritorikası qonşu Azərbaycana yönəlib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu həftə Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə İsrailə Qafqazdakı “mövcudluğu”na görə xəbərdarlıq edib. Bu, İran rejiminin İsrailə Azərbaycanla sıx əlaqələrinə görə, eləcə də Tehranın Təl-Əvivə Qafqazda “rol oynamaması” ilə bağlı etdiyi çoxsaylı xəbərdarlıqlardan biridir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Yerusəlim Post”da yerləşdirilən “İran İsrailə Qafqazda “mövcudluğuna”, Azərbaycanla əlaqələrinə qarşı xəbərdarlıq etdi - təhlil” sərlövhəli məqalədə yer alıb.

Məqalədə qeyd olunub ki, İran Qafqaz regionunda “xarici qüvvələr” haqqında ritorikasını, xüsusən də Xarici İşlər Nazirliyinin mesajları vasitəsilə artırıb. İranın xarici işlər naziri 2022-ci ilin oktyabrında azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında deyib ki, rəsmi Tehran Azərbaycanın və Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, bu yanaşma İranın daimi siyasətidir. Tehranın bu ritorikası İranın uranı 84 faiz zənginləşdirməsindən sonra daha da artıb. Bu da Təl-Əviv-Tehran gərginliyinin artması fonunda İranın təhlükəli nüvə gücünə çevrilməsinə gətirib çıxara bilər. Həmçinin İraqdakı iranpərəst silahlı qruplaşmalar “İsrailin Azərbaycandan fəaliyyət göstərməsi” ilə bağlı iddialar irəli sürərək, tez-tez İraq Kürdüstan Regionunu da İsrailin fəaliyyət göstərdiyi ərazi olmaqda ittiham edirdilər. Bu, İranın artan ritorikasının İraq Kürdüstan Regionunu və Azərbaycanı hədəf aldığını göstərir. Ankarada Türkiyənin xarici işlər naziri ilə görüşlərdə bu kimi ittihamların artması İranın Azərbaycan—İsrail münasibətlərindən necə narahat olduğunu nümayiş etdirir.

Xəbər lenti

Çox oxunanlar