Xəzər Xəbər

Sürücülərin NƏZƏRİNƏ! Bakıda bu yollar BAĞLANACAQ

Bu yolda hərəkət məhdudlaşdırılır
Gündəm | 13:40 • 19 Avqust 2022
Sürücülərin NƏZƏRİNƏ! Bakıda bu yollar BAĞLANACAQ

20 avqust saat 08:00-dan 21 avqust saat 20:00-dək Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə təmir işləri aparılacaq.

Bu barədə xezerxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. 

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunub.

 

Xəbər lenti