Xəzər Xəbər

Bаyrаm namazının vaxtı açıqlanıb

Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər
Gündəm | 11:21 • 6 İyul 2022
Bаyrаm namazının vaxtı açıqlanıb

AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tövsiyələrində deyilir. 

Bildirilib ki, şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər.

Qeyd olunub ki, iyul ayının 9-da məscidlərdə birgə bayram namazları qılınacaq.

Xəbər lenti