Xəzər Xəbər

Faktiki hava şəraiti açıqlanıb

Gündəm | 11:31 • 3 İyul 2022
Faktiki hava şəraiti açıqlanıb

Ölkə ərazisində müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 03-ü saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənib.

Düşən yağışın miqdarı: Göygöldə 7.0 mm, Oğuz, Şəki, Şahdağda 6.0 mm, Daşkəsəndə 5.0 mm, Qrızda 4.0 mm, İsmayıllıda 3.0 mm, Gəncə, Xaltan, Qusar, Kişçayda (Şəki) 2.0 mm, Naftalan, Şəmkir, Ağdərə, Gədəbəy, Quba, Tərtər, Yevlax, Qəbələ, Sarıbaş, Göyçay, Sarıbaşda 1.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Mingəçevirdə 21 m/s, Ceyrançöl, Neftçalada 20 m/s, Şirvanda 17 m/s, Culfada 18 m/s, Naxçıvan, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 21 m/s, Binə 19 m/s, Ələtdə 18 m/s, Neft Daşları, Çilov adasında 17 m/s, Sumqayıtda 16 m/s, Pirallahıda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.

 

Xəbər lenti