Xəzər Xəbər

Bu gün Azərbaycandan zəvvarların sonuncu qrupu Həcc ziyarətinə yola düşür

Gündəm | 12:49 • 2 İyul 2022
Bu gün Azərbaycandan zəvvarların sonuncu qrupu Həcc ziyarətinə yola düşür

Bu gün Azərbaycandan zəvvarların sonuncu qrupu Həcc ziyarətinə yola düşür.

Bu barədə XəzərXəbər-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, qrupa 147 zəvvar daxildir. Bundan əvvəl isə 3 qrup Həcc ziyarətinə yola düşüb.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə 680 nəfərlik kvota verilib.

Zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşür, iyulun 19-20-si isə geri dönəcəklər.

Xəbər lenti