Xəzər Xəbər

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Gündəm | 17:46 • 28 Yanvar 2022
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Bu gün Baş nazir Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Nazirlər Kabinetindən xezerxeber.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar barədə söhbət açılıb.

Görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən uğurlu əməkdaşlıq yüksək qiymətləndirildi, əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Xəbər lenti