Xəzər Xəbər

Bağçada azyaşlını döyən tərbiyəçi uşağın xalası olub - RƏSMİ AÇIQLAMA

Gündəm | 11:17 • 14 Yanvar 2022
Bağçada azyaşlını döyən tərbiyəçi uşağın xalası olub - RƏSMİ AÇIQLAMA

İsmayıllı rayonu 1 saylı körpələr evi-uşaq bağçasında azyaşlını döyən tərbiyəçi işdən uzaqlaşdırılıb. 

Bu barədə İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev məlumat verib.

O qeyd edib ki, tərbiyəçi Zülfiyyə Baxışova həmin uşağın doğma xalasıdır: “Birazdan Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov mətbuata daha geniş açıqlama verəcək. Biz hələ bağçaları tam qəbul etməmişik. Bu proses bir-iki ay davam edəcək. Hadisə olub, biz onların yanında deyilik ki. Vuran müəllim uşağın doğma xalasıdır. Öz bacısı uşağını vurub. Dərhal, hadisə bilinən kimi də işdən uzaqlaşdırılıb. Bu gün də uşağın psixoloji durumunu yoxlamaq üçün psixoloq məşğul olacaq”.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bilidirb ki, sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb. Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir./publika.az

Xəbər lenti