Xəzər Xəbər

İlham Əliyev Miloş Zemanı təbrik etdi

Gündəm | 15:28 • 27 Oktyabr 2021
İlham Əliyev Miloş Zemanı təbrik etdi
Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu göndərib.
 
XəzərXəbər-in xəbərinə görə, mətndə deyilir:
 
"Hörmətli cənab Prezident,
 
Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
 
İnanıram ki, Azərbaycan-Çexiya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı əməkdaşlığın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
 
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Xəbər lenti