Xəzər Xəbər

Hökumət müharibə veteranları ilə bağlı qərar verdi

Müharibə veteranı adı və vəsiqəsinin alınması üçün yeni prosedur müəyyənləşib
Gündəm | 15:44 • 7 Oktyabr 2021
Hökumət müharibə veteranları ilə bağlı qərar verdi

Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına münasibətdə müharibə veteranı adının və vəsiqəsinin, habelə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı olmasına dair arayışın verilməsi üçün maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə biləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb. Bununla bağlı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”a və digər qərarlara da müvafiq dəyişiklik edilib.

Xəbər lenti

Çox oxunanlar