Xəzər Xəbər

Türkiyəyə yardım üçün 2 helikopter hazır vəziyyətdədir - Etibar Mirzəyev

Gündəm | 19:13 • 30 İyul 2021
Türkiyəyə yardım üçün 2 helikopter hazır vəziyyətdədir - Etibar Mirzəyev

"İki yanğınsöndürən helikopterimiz uçuşa hazırdır. Əgər tapşırıq olarsa, onları da göndərməyə hazırıq".

XəzərXəbər xəbər verir ki, bu sözləri Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Heydər Əliyev adına hava limanında jurnalistlərə açıqlamasında bildirib.

Etibar Mirzəyevin sözlərinə görə, bu, Azərbaycanın göndərdiyi birinci yardım qrupudu:

"Əgər yenidən tapşırıq və müraciət olarsa, 50-dən çox yanğınsöndürən maşın, quru və canlı qüvvə yanğınların söndürülməsinə hazırdır. Yardımlar quru yolla və ya helikopter vasitəsilə göndəriləcək. 500-dən artıq canlı qüvvə var. Hamısı təcrübəli yanğınsöndürənlərdir. Göndərilən hərbi vasitələr yanğınların söndürülməsinə hesablanıb".

Xəbər lenti

Çox oxunanlar