Xəzər Xəbər

BMT-dən sərhəddəki gərginliklə bağlı AÇIQLAMA

Gündəm | 09:07 • 29 İyul 2021
BMT-dən sərhəddəki gərginliklə bağlı AÇIQLAMA

Azərbaycan-Ermənistan sərhədindəki gərginlik BMT-də narahatlıq doğurur.

XəzərXəbər xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak deyib.

“Bugünkü son hadisə də daxil olmaqla, Ermənistan-Azərbaycan sərhədindəki artan gərginlik barədə xəbərləri narahatlıqla izləyirik. Hər iki tərəfi təmkinli olmağa, gərginləşməyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə və mövcud problemləri dialoq yolu ilə həll etməyə çağırırıq”.

Qeyd edək ki, bu gün Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı atışma nəticəsində 3 erməni hərbi qulluqçu ölüb, 5-i yaralanıb.

Azərbaycan Ordusunun iki hərbçisi isə yaralanıb.

Xəbər lenti

Çox oxunanlar