Xəzər Xəbər

Milli Məclisin sədr müavinindən çağırış - 10 manat ianə edin

Gündəm | 12:36 • 25 İyun 2021
Milli Məclisin sədr müavinindən çağırış - 10 manat ianə edin

“Biz xalq olaraq tarixi qələbəni yaşadanları heç zaman unutmayacağıq".

Bunu Milli Məclisin sədr müavini Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, qələbəni yaşadanlar hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir: "Torpaqlarımızın düşməndən azad edilməsi aparılan uğurlu islahatların nəticəsidir. Hər kəsdən xahiş edirəm ki, 10 manat olmaqla “YAŞAT” Fonduna ianə edək və bununla da qəhrəmanlarımıza, onların ailələrinə dəstək olaq”.

Xəbər lenti

Çox oxunanlar