Xəzər Xəbər

Vaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ - Bu yollardan keçməyin

AVRO-2020 ilə bağlı nəqliyyatın hərəkəti məhdudlaşdırılan yollar açıqlanıb
Gündəm | 12:06 • 12 İyun 2021
Vaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ - Bu yollardan keçməyin

Bakının Ziya Bünyadov prospektindən 9-cu köndələn küçəsi ilə Xəlil Rza Ulutürk küməsi istiqamətində və Ziya Bünyadov prospektindən Böyükşor bulvarı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bunu açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Qurum rəsmisi bildirib ki, sözügedən istiqamətlərdə hərəkətə qoyulan məhdudiyyətin məqsədi stadion istiqamətində hərəkətin təhlükəsizliyinin təmin edilməsidir.

Vaqif Əsədov onu da qeyd edib ki, həmin yoldan yalnız aşağıda fotosu göstərilən xüsusi işarəsi olan avtomobillərin hərəkətinə icazə veriləcək.

"Bununla bağlı polisdən əlavə təşkilat komitəsinin nümayəndələri də Ziya Bünyadov prospektindən Olimpiya istiqamətinə aparan yollarda xidmət apararaq avtomobillərin şüşələrinə vurulan xüsusi işarələri yoxlayır və həmin nəqliyyat vasitələrinin buraxılmasını təmin edir", - deyə V. Əsədov bildirib.

Xəbər lenti