Xəzər Xəbər

Sərt karantin vaksinasiya olunanlara şamil edilməyəcək? - Şöbə müdiri açıqladı

Sərt karantin rejimi tətbiq edilərsə bu qaydalar hər kəsə şamil edilməlidir.
Gündəm | 15:35 • 8 Aprel 2021
Sərt karantin vaksinasiya olunanlara şamil edilməyəcək? - Şöbə müdiri açıqladı

"Vaksinasiya olunanlar da COVİD-ə yoluxurlar".

XəzərXəbər xəbər verir ki, bunu milli.az-a açıqlamasında ATU-nun Tədris Cərrahiyyə Klinikasının Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişiyev deyib.

Şöbə müdiri bildirib ki, sərt karantin rejimi tətbiq edilərsə bu qaydalar hər kəsə şamil edilməlidir:

"Vaksinasiya olunan şəxslər də koronavirusa yoluxa bilirlər, amma xəstəliyi yüngül keçirirlər. Buna baxmayaraq, ətraf üçün onlar da təhlükə yarada bilirlər. Koronavirus onlardan kimlərəsə keçə bilər. Ona görə də fərqi yoxdur vaksinasiya olunan, ya olunmayan. Əgər sərt karantin rejiminə keçiləcəksə, bu qaydalar hər kəsə şamil edilməlidir.

Vaksinasiya olunanlar arasında xəstəlik olur, amma onlarda ağırlaşmalara nisbətən az rast gəlinir və ölüm faizi demək olar ki, olmur. Ona görə deyirik ki, vaksinasiya olunanlar virusun daşıyıcısı ola bilərlər, xəstəliyə yoluxa bilərlər, amma nisbətən yüngül keçirəcəklər. Bu cəhətdən onların digərlərindən fərqi budur, yoxsa başqa heç bir fərq etmir. Buna görə də fikrimcə, sərt karantin rejimi tətbiq edilərsə, digər şəxslərə şamil edildiyi kimi vaksinasiya olunmuş şəxslər üçün də bu qaydalar keçərli olmalıdır. O demək deyil ki, vaksinasiya olunanlar gedib kef eləməlidir, amma qalanları yox".

Xəbər lenti