Xəzər Xəbər

“Twitter”də Azərbaycana hücum məqsədilə yaradılmış 35 akkaunt bloklandı RƏSMİ BƏYANAT

Gündəm | 11:30 • 24 Fevral 2021
“Twitter”də Azərbaycana hücum məqsədilə yaradılmış 35 akkaunt bloklandı

“Twitter” şəbəkəsinin nümayəndələri bir neçə ölkə ilə bağlı 373 akkauntun bloklandığını elan ediblər.

“Twitter”in bəyanatında qeyd edilir ki, həmin akkauntlar platformada qəbul edilmiş manipulyasiya siyasətini pozduqlarına görə şəbəkədən kənarlaşdırılıb.

Bu akkauntlardan 35-i Ermənistana mənsub və ya Ermənistanla bağlı olub. Onlar sosial şəbəkədə Azərbaycana hücum məqsədilə yaradılıb.

Şirkətin bəyanatında deyilir: “373 əlaqəli akkaunt bizim manipulyasiya siyasətimizi pozduqlarına görə həmişəlik bloklanıb”.

Xəbər lenti