Bakı 6 ℃
Xəzər Xəbər
USD 1.7

Sabahın hava proqnozu açıqlanıb

Gündəm | 114 | 13:30 • 23 Fevral 2021
Sabahın hava proqnozu açıqlanıb

Fevralın 24-ü ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Çovğun olacağı ehtimalı var.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 0-4 dərəcə şaxta olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Gecə və səhər yolların buz bağlayacağı gözlənilir.

Fevralın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir dumanlı, yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Fevralın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun kəskin aşağı enəcəyi gözlənilir ki, bu da əksər insanlar üçün əlverişsizdir.

Çox oxunanlar