Xəzər Xəbər

Qarabağda Rusiya sülhməramlılarının sayı artırılır?

Gündəm | 12:39 • 18 Noyabr 2020
Qarabağda Rusiya sülhməramlılarının sayı artırılır?

"Ümid edirik ki, Ermənistandakı vəziyyət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı razılaşmasının icrasına təsir etməyəcək”.


Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.


Rusiya XİN başçısının müavini Dağlıq Qarabağdakı sülhməramlı qoşunlarının sayının artırılması məsələsinin gündəmdə olmadığını da qeyd edib: "Rusiya sülhməramlılarının sayı dövlət başçılarının üçtərəfli bəyanatında dəqiq müəyyən olunub. Biz orada yazılanlardan çıxış edirik. Belə məsələ gündəmdə durmur”./APA

Xəbər lenti

Çox oxunanlar