Xəzər Xəbər

Gəncədə erməni terroru nəticəsində ölənlərin sayı artır

Gündəm | 17:18 • 17 Oktyabr 2020
Gəncədə erməni terroru nəticəsində ölənlərin sayı artır

Erməni silahlı birləşmələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölən mülki şəxslərin sayı 14 nəfərə çatıb.


Xezerxeber.az-ın məlumatına görə, bunu Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov deyib.


O bildirib ki, hadisə nəticəsində 55 nəfər xəsarət alıb: "Faşist erməniər dinc sakinlərə raket mərmiləri atırlar. Onlar gecə saatlarında atəş açıblar. Amma Gəncə sakinləri bu gün ölkə Prezidentinin yanındadır, onlar heç nədən qorxmurlar və istəyirlər ki, Azərbaycan bayrağı Şuşa, Xankəndidə dalğalansın".

Xəbər lenti

Çox oxunanlar