Xəzər Xəbər

Anar Kərimov: "Mədəniyyət sahəsində çox ciddi islahatlara start verilib"

Gündəm | 13:16 • 19 Avqust 2020
Anar Kərimov: "Mədəniyyət sahəsində çox ciddi islahatlara start verilib"

"Ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub”.


Bunu Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun ölkəmizin bir qrup mədəniyyət və incəsənət xadimləri ilə videokonfrans formatında görüşü zamanı deyib.


Nazir ölkəmizdə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində çox ciddi islahatlara start verildiyini bildirib.


O, Mədəniyyət Nazirliyinin yaradıcı insanlarla, incəsənət xadimləri ilə ünsiyyətə, fikir mübadiləsinə daim önəm verəcəyini, hər zaman onların yanında olacağını qeyd edib.

Xəbər lenti