Xəzər Xəbər

Məhdudiyyət aradan qaldırılan sahələrdə işləyənlər üçün “icaze.e-gov.az”-dan icazə alınacaq

Gündəm | 16:38 • 1 May 2020
Məhdudiyyət aradan qaldırılan sahələrdə işləyənlər üçün

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Bu barədə XəzərXəbər-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Xəbər lenti