Xəzər Xəbər

Fevralda Dövlət Miqrasiya Xidmətinə 8177 zəng daxil olub

Gündəm | 15:43 • 16 Mart 2020
Fevralda Dövlət Miqrasiya Xidmətinə 8177 zəng daxil olub

Fevralda Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 - Çağrı mərkəzinə 8177 zəng daxil olub.

DMX-nin mətbuat xidmətindən bildiriblər ki, onlardan 7376-sı Azərbaycan, 566-sı rus, 235-i isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2610-u müvəqqəti yaşama icazəsi, 988-i vətəndaşlıq məsələləri, 555-i olduğu yer üzrə qeydiyyat, 425-i daimi yaşama icazəsi, 400-ü iş icazələri, 312-si inzibati xəta, 2887-si digər məsələlər ilə əlaqədar olub.

Xəbər lenti