Xəzər Xəbər

Rektordan önəmli qərar: tələbələr bu xərcdən azad edildi

Gündəm | 15:18 • 10 Yanvar 2020
Rektordan önəmli qərar:

Bakı Ali Neft Məktəbinin (BANM) tələbə evində yaşayan tələbələri yataqxana xərclərindən azad olunub.

XəzərXəbər xəbər verir ki, bu barədə məlumat "Azərbaycan Universitetləri” adlı Feysbuk səhifəsində paylaşıb. Məlumata görə, universitet rektoru Elmar Qasımov xərclərin BANM tərəfindən ödənilməsi barədə qərar imzalayıb.

Məlumatı Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zamirə Ədilova təsdiqləyib.

Xəbər lenti