Xəzər Xəbər

Elmar Məmmədyarov Nyu-Yorka getdi

Gündəm | 10:39 • 21 Sentyabr 2018
Elmar Məmmədyarov Nyu-Yorka getdi
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.


Bu barədə XəzərXəbər-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.


Qeyd olunub ki, səfər çərçivəsində E.Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı, BMT-nin cari sessiyasının gündəliyinin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirakı və ikitərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.

Xəbər lenti