"Azərbaycan Ordusu ən müasir kəşfiyyat və idarəetmə sistemi ilə təchiz olunub". XəzərXəbər xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik
Zakir Həsənov ötən gün keçirdiyi mətbuat konfransında deyib.
Nazir
bildirib ki, o, xidməti otağından və ya idarəetmə məntəqəsindən bütün
işğal olunmuş torpaqlarımızın dərinliyini onlayn rejimdə izləyir:
"Bu
baxımdan dərhal qərar qəbul etmək və göstəriş vermək imkanındayam.
Yəni, düşmənin orada istənilən bir hərəkətinə nəzarət edə bilirik.
Bizim, hətta onların insanlarının hərəkətlərini izləmək imkanımız var.
Onların fəaliyyəti isə öz xalqına yalan danışmaqdan ibarətdir".