Xəzər Xəbər

Prezident dünya çempionatının açılışına qatılacaq

Gündəm | 13:44 • 11 İyun 2018
Prezident dünya çempionatının açılışına qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev futbol üzrə Dünya Çempionatının açılış mərasimində iştirak etmək üçün 14 iyun tarixində Moskvaya gedəcək.


XəzərXəbər xəbər verir ki, bu barədə "RİA Novosti” Azərbaycan Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.


Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da həmin mərasimə qatılacaq. Bu, Azərbaycan və Ermənistan dövlət başçılarının faktiki olaraq birlikdə iştirak edəcəyi ilk tədbir olacaq.

Xəbər lenti