Xəzər Xəbər

Naxçıvanda daha bir publik hüquqi şəxs yaradıldı

Gündəm | 09:59 • 17 Oktyabr 2017
Naxçıvanda daha bir publik hüquqi şəxs yaradıldı

Naxçıvan MR-nın Ali Məclisinin Sədri Vasif Talıbov Darıdağ Arsenli Su Müalicəxanasının yenidən təşkili haqqında sərəncam imzalayıb.

XəzərXəbər xəbər verir ki, sərəncama əsasən Darıdağ Arsenli Su Müalicəxanası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Darıdağ Arsenli Su Müalicəxanasına çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Darıdağ Arsenli Su Müalicə-xanasının istifadəsində olan əmlak və avadanlıqların publik hüquqi şəxsin balansına veriləcək.

Həmçinin Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görülməsi tapşırılıb.

Xəbər lenti