Xəzər Xəbər

Gömrükdə külli miqdarda pirotexniki vasitə aşkarlandı

Gündəm | 11:25 • 19 Sentyabr 2017
Gömrükdə külli miqdarda pirotexniki vasitə aşkarlandı

Gömrükdə avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən XəzərXəbər-ə bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin müxtəlif yerlərində, üzərində "Petards" yazısı olan 70 blok (hər birində 10 qutu olmaqla), üzərində "Crazy robs" yazısı olan 36 blok (hər birində 12 ədəd olmaqla) və üzərində "Qranat" yazısı olan 108 ədəd pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti