Azərbaycan Respublikası Milli
Məclisinin sədri Oqtay Əsədov Tehranda törədilmiş terror aktları ilə
əlaqədar İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli
Laricaniyə başsağlığı məktubu göndərib.
Bu barədə
XəzərXəbər-ə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Məktubda deyilir: "Tehranda törədilmiş terror aktları nəticəsində insan
tələfatı və yaralananlar barədə xəbər bizi çox kədərləndirdi. Uzun illər
ərzində erməni terrorundan əziyyət çəkən ölkə kimi Azərbaycanın Milli
Məclisi olaraq biz Tehranda törədilmiş bu terror aktlarını qəti şəkildə
pisləyirik. Bu qanlı cinayət hadisəsi bir daha göstərir ki, terrorçuluq
bütün dünya üçün dəhşətli bir bəlaya çevrilib və biz parlamentarlar onun
bütün təzahürlərinə qarşı birgə mübarizə aparmaq üçün səylərimizi
əsirgəməməliyik”.
Milli Məclisin sədri deputatların adından və şəxsən öz adından bu faciə
ilə əlaqədar iranlı həmkarına, həlak olanların ailələrinə və
yaxınlarına, bütün İran xalqına dərin hüznlə başsağlığı verib,
yaralananlara və xəsarət alanlara şəfa diləyib.