Xəzər Xəbər

Türkmənistan prezidenti Qədr gecəsi münasibətilə 356 məhbusu əfv edib

Dünya | 13:39 • 30 Mart 2024
Türkmənistan prezidenti Qədr gecəsi münasibətilə 356 məhbusu əfv edib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 356 məhkumun əfv edilməsi haqqında fərman imzalayıb.

Xezerxeber.az Türkmənistan mediasına istinadla xəbər verir ki, əfv fərmanı Qədr gecəsi münasibətilə imzalanıb.

Sənədə əsasən, əfv olunan məhbuslar cəzanın əsas hissəsini çəkməkdən azad edilirlər. Eyni zamanda, onların işlə təmin olunması üçün yerli hakimiyyəti orqanlarına müvafiq tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, Türkmənistanda 1999-cu ildən başlayaraq ildə 3-4 dəfə keçirilən əfv kampaniyaları əsas dövlət bayramlarına təsadüf edir.

Xəbər lenti