Xəzər Xəbər

Finlandiya Ukraynaya hərbi yardımını davam etdirəcək

Dünya | 09:19 • 27 May 2023
Finlandiya Ukraynaya hərbi yardımını davam etdirəcək

Finlandiya Ukraynaya əlavə hərbi yardım göndərəcək.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, yardım paketi tərtib edilərkən həm Ukraynanın ehtiyacları, həm də Finlandiya Müdafiə Qüvvələrinin resurs vəziyyəti nəzərə alınıb.

“Bu, Finlandiyadan Ukraynaya on altıncı hərbi yardım paketidir. Yardıma zenit raketləri və digər döyüş sursatları da daxildir. Paketin dəyəri 109 milyon avro olaraq qiymətləndirilir”, - deyə hökumətin saytında bildirilir.

Finlandiyanın müdafiə naziri Antti Kaikkonen deyib: “Finlandiya xarici tərəfdaşlarla birlikdə Ukraynanı dəstəkləməyə davam edəcək. Finlandiyanın Ukraynaya indiyədək çatdırdığı müdafiə yardım dəstəyinin ümumi dəyəri hazırda 1,1 milyard avro təşkil edir”.

Xəbər lenti