Xəzər Xəbər

İranda faciə: Novruz çərşənbələrində onlarla insan ölüb

Dünya | 12:50 • 14 Mart 2023
İranda faciə: Novruz çərşənbələrində onlarla insan ölüb

İranda Novruz çərşənbələrində 15 nəfər ölüb, 357 nəfər yaralanıb

Xezerxeber.az xəbər verir ki, bu barədə İran Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ölüm hallarının 7-si Təbrizdə, 4-ü Tehranda, 2-si Həmədanda , 1-i Urmiyada, daha 1-i isə Qəzvində qeydə alınıb. Bu günə olan məlumata görə, Novruz çərşənbələrində 357 nəfər müxtəlif bədən xəsarətləri alıb. Ən çox xəsarət halları Tehranda, Şərqi və Qərbi Azərbaycanda baş verib.

Xəbər lenti

Çox oxunanlar