Xəzər Xəbər

“Vaqner” muzdlularının Bakı kəndindəki qəbirləri dəfələrlə artıb FOTO

"Bu, Ukrayna hərbçilərinin vaqnerçilərə ciddi zərbələr vurmasından xəbər verir"
Dünya | 10:26 • 26 Yanvar 2023
“Vaqner” muzdlularının Bakı kəndindəki qəbirləri dəfələrlə artıb

Son bir neçə ay ərzində “Vaqner” dəstəsinin muzdlular üçün dəfn yeri kimi istifadə etdiyi ərazi bir neçə dəfə genişlənib.

Söhbət Rusiyanın Krasnodar diyarının Bakı kəndi yaxınlığındakı qəbiristanlıqdan gedir.

Peyk görüntülərinə görə, onun ərazisi 7 dəfə artıb. Ekspertlərin fikrincə, bu, Ukrayna hərbçilərinin vaqnerçilərə ciddi zərbələr vurmasından xəbər verir.

Belə ki, yanvarın 24-də çəkilmiş peyk görüntüsü Vaqner əsgərlərinin dəfn olunduğu qəbiristanlıq ərazisində təxminən 170 dəfn yerinin olduğunu göstərir ki, bu rəqəm cəmi iki ay əvvəl peyk görüntülərində görünənlərlə müqayisədə təxminən 7 dəfə çoxdur. (oxu.az)

Xəbər lenti