Xəzər Xəbər

Türkiyədə Avropanın ən nəhəng yeraltı qaz anbarının açılışı olub

Dünya | 17:43 • 16 Dekabr 2022
Türkiyədə Avropanın ən nəhəng yeraltı qaz anbarının açılışı olub

Türkiyədə Avropanın ən nəhəng “Silivri” yeraltı təbii qaz anbarının (genişlənmiş versiya) açılışı münasibətilə mərasim keçirilib.

Xezerxeber.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan açılış mərasimindəki çıxışında Türkiyənin çoxistiqamətli inkişafından danışıb.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə-Türkmənistan liderlərinin uğurlu Zirvə görüşü üç qardaş ölkənin iqtisadi inkişafına böyük təsir göstərəcək.

Energetika və təbii sərvətlər naziri Fatih Dönməz ölkənin enerji siyasətinin icra vəziyyəti barədə məlumat verib.

Xatırladaq ki, “Silivri” yeraltı qaz anbarının 3,2 milyard kubmetr həcmində olan tutumu genişləndikdən sonra 4,6 milyard kubmetr, gündəlik ixrac imkanı isə 28 milyon kubmetrdən 75 milyon kubmetrə çatdırılıb.

“Silivri” su sahəsində Piri Mehmet Paşa və Ali Paşa adlı, hər biri tam Türkiyə istehsalı olan iki platforma qurulub, bu ərazilərdəki 18 quyuda genişləndirmə işləri aparılıb.

Xəbər lenti