Xəzər Xəbər

Kiyevə atılan 40 raketdən 37-si zərərsizləşdirilib

Dünya | 16:20 • 16 Dekabr 2022
Kiyevə atılan 40 raketdən 37-si zərərsizləşdirilib

Rusiya silahlı qüvvələri tərəfindən dekabrın 16-da Kiyevə 40-dan çox raket atıb, onlardan 37-si hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Eyni zamanda, raket hücumu nəticəsində paytaxtda ölən var.

Xezerxeber.az xəbər verir ki, bu barədə telemarafonun efirində Kiyev şəhər hərbi administrasiyasının spikeri Mixail Şamanov bildirib.

O deyib ki, bu, genişmiqyaslı müharibədən sonra ən kütləvi raket hücumlarından biridir.

Şamanov raket hücumlarının bir neçə dalğasının ola biləcəyini də istisna etmir.

“Dağıntı və tələfatla bağlı məlumat dəqiqləşdirilir. Dnepr vilayətində bir nəfər zərər çəkib”, - deyə o vurğulayıb.

Xəbər lenti