Xəzər Xəbər

Zelenski Avropa Parlamentinin Rusiya ilə bağlı qətnaməsini alqışlayıb

Dünya | 16:20 • 23 Noyabr 2022
Zelenski Avropa Parlamentinin Rusiya ilə bağlı qətnaməsini alqışlayıb

"Avropa Parlamentinin Rusiyanı terrorizmin sponsoru və terror vasitələrindən istifadə edən dövlət kimi tanıması qərarını alqışlayıram".

Xezerxeber.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski tviterdə yazıb. 

"Ukraynada və bütün dünyada uzun illər davam edən terror siyasətinə son qoymaq üçün Rusiya bütün səviyyələrdə təcrid olunmalı və cavabdehlik daşımalıdır", Prezident Zelenski bildirib.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri də Rusiyanı suveren dövlətlər qarşı terrorda ittiham edib. "Mən bu qərara görə Avropa Parlamentinə təşəkkür edirəm", o qeyd edib.

Xəbər lenti