Xəzər Xəbər

Ermənistanda döyüş filmlərini xatırladan atışma – Mercedes dəlik-deşik edildi, ölən var FOTO

Dünya | 11:00 • 19 Avqust 2022
Ermənistanda döyüş filmlərini xatırladan atışma – Mercedes dəlik-deşik edildi, ölən var
Ermənistanın Armavir bölgəsində döyüş filmlərini xatırladan atışma olub.
 
Dünən saat 21:40 radələrində Vaqarşapat polis şöbəsinə və Fövqəladə Hallar Nazirliyinin 911 xilasetmə xidmətinin əməliyyat qərargahına Eçmiədzin şəhərinin Qnunyants küçəsində avtomobillərin toqquşması barədə məlumat daxil olub.
 
 
Həmin ərazidə güllə yarası alan 2 nəfər Vağarşapat tibb məntəqəsinə yerləşdirilib. Polis hadisə yerində bir neçə avtomobil, o cümlədən üzərində çoxsaylı güllə izləri olan "Mercedes Brabus" aşkar edib.
 
Məlum olub ki, silahlı şəxslər "Brabus"a atəş açıblar, sürücü yaralanıb və avtomobili xəstəxanaya doğru sürərkən, yolda qəza baş verib. Xəstəxanadan bildirilib ki, yaralılardan biri ölüb. Faktla bağlı cinayət işi başlanıb. Polis hadisənin başvermə şəraitini araşdırır.
 
Hadisə yerindən “Makarov” markalı tapança, avtomobildə isə qan izləri aşkar edilib. Öldürülən şəxsin atasının keçmiş polis əməkdaşı olduğu bildirilir. (bakupost) 
 
 
 

Xəbər lenti