Xəzər Xəbər

Festivalda qəribə hadisə: Spirtli içkidən huşunu itirən şəxsi diri-diri basdırdılar

Dünya | 17:05 • 12 Avqust 2022
Festivalda qəribə hadisə: Spirtli içkidən huşunu itirən şəxsi diri-diri basdırdılar
Festival iştirakçıları içki içib huşunu itirən şəxsi diri-diri basdırıblar.
 
Boliviyada yaşayan Mika Alvares festivalda içki içərkən huşunu itirib. 

Festivalın qurucuları huşunu itirən Alvaresi festivalın qaydası olaraq diri-diri basdırıblar. Spirtin təsiri getdikdən sonra gözlərini açan Alvares tabutun yolunu qazaraq çölə çıxmağı bacarıb.
 
Tabutdan sağ çıxan Alvares o anları belə təsəvvür edib:
 
"Festivalda rəqs etməyə getmişdik. Sonra nə baş verdiyini xatırlamıram. Yadımda qalan odur ki, yatağımda olduğumu düşündüm, tualetə getmək üçün yuxudan ayıldığımı hiss etdim, lakin hərəkət edə bilmədim. Daha sonra torpağa basdırıldığımı anladım, öz imkanlarımla bir təhər oradan çıxa bildim”. (azzxeber)

Xəbər lenti