Xəzər Xəbər

Türkiyədə 5 nəfərdə meymunçiçəyi aşkarlandı

Dünya | 15:05 • 2 Avqust 2022
Türkiyədə 5 nəfərdə meymunçiçəyi aşkarlandı
Türkiyədə meymunçiçəyi xəstələrinin sayı 5-ə yüksəlib.
 
Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Nazirlər Kabinetinin dünənki iclasından öncə gündəmlə bağlı jurnalistlərə açıqlama verib.

O, açıqlamasında "Ölkəmizdə indiyədək 5 meymunçiçəyi virusu aşkarlanıb. Bu 5 xəstə xəstəxanalarda müalicə alır. 4 pasiyentimiz tam sağalaraq evə buraxılıb. Xəstələrimizdən biri təcridxanadadır. Onların səhhətləri yaxşıdır, heç bir problem yoxdur”, - deyə bildirib.
 
Fahrettin Koca meymunçiçəyinin Türkiyə üçün risk və ya qlobal pandemiya riski olmadığını bildirib. (azxeber.com) 

Xəbər lenti